Cümə axşamı , İyul 25 2024
azfa

“Radiofərda”dan azərbaycanlı siyasi məhbus Muxtar İbrahimi ilə bağlı proqram-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Radiofərda” bu həftə azərbaycanlı siyasi məhbus Muxtar İbrahimi ilə bağlı proqram hazırlayıb.

Proqramda ildirilib ki, Marağa və Sulduz şəhərlərində yaşayan milli-mədəni fəallar Muxtar İbrahimi və Seyid Musa Ziya Gərgəri İnqilab Məhkəməsinin şöbəsinin Marağa şöbəsinin qərarı ilə toplam 11 il həbs cəzasına məhkum olunublar.

Fəalların yaxınlarının verdiyi məlumata görə, həbs qərarını həmin məhkəmənin hakimi Cabbari şifahi şəkildə fəalların vəkili Əsgər Məhəmmədiyə açıqlayıb.

Rejim tərəfindən şərlənən azərbaycanlı fəal Muxtar İbrahimi rejimin İnqilab Məhkəməsinin qərarına əsasən “hökumətə qarşı təşkilat, qrup yaratmaq və müxalif qrup və şəbəkələrə üzv olmaq”da ittihamı edilərək 10 il həbs cəzasına məhkum edilib. Musa Ziya Gərgəriyə qarşı isə “Sistemə qarşı təbliqat” ittihamı ilə 1 il həbs cəzası verilib.

Qeyd edək ki, Muxtar İbrahimi avqustun 26-da Marağada, Musa Ziya Gərgəri isə sentyabrın 16-da Sulduzda rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı.

Onlar bir müddət sonra girov qarşılığında məhkəmə prosesinin başlanılmasına qədər müvəqqəti sərbəst buraxılmışdılar.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …