Cümə , Yanvar 23 2026
azfa

Raket qalıqlarının Azərbaycan səfirliyi binasına düşməsinin təfərrüatı

GADTB: Azərbaycanın Ukraynadakı səfirliyinin raket hücumuna məruz qalması ilə bağlı yeni detallar ortaya çıxıb. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, partlayışın gücü səfirliyin yerləşdiyi ərazidə ciddi dağıntıya səbəb olub.

Raket səfirliyin hasarına dəyib, 5-dən çox avtomobil zədələnib, o cümlədən bir BMV markalı maşın ciddi zərər görüb. Hadisədən dərhal sonra səfirliyin əməkdaşları gecə saatlarına qədər çalışaraq binanın sınmış pəncərələrini dəyişdirib və ərazidə təmizlik işləri aparıblar.

Ukraynanın hüquq-mühafizə orqanları – polis və Təhlükəsizlik Xidməti hadisə yerinə cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb və raket qəlpələri toplanaraq ərazi nəzarətə götürülüb.

Qeyd edək ki, bu, 2022-ci ildən bəri Azərbaycanın Kiyevdəki səfirliyinə qarşı həyata keçirilən ikinci hücumdur.

Hadisə yerində çəkiliş aparan “AnewZ” TV-nin əməkdaşları səfirliyin yaxınlığında yaşayan gənc cütlük – Lasik və Olena ilə danışıb. Onlar bildiriblər ki, raketin yaratdığı partlayışın gücü mənzilin bütün pəncərələrini çilik-çilik edib və evə ciddi ziyan dəyib. Cütlük yeni doğulmuş körpələrinin təhlükəsizliyindən narahat olduqları üçün yaşayış yerlərini dəyişməyi düşündüklərini qeyd ediblər.

Həmçinin yoxlayın

BMT araşdırması İrandakı etirazlarda öldürülənlərin sayının rəsmi rəqəmlərdən daha çox olduğunu göstərir

GADTB: Birləşmiş Millətlər Təşkilatının araşdırması İrandakı etirazlarda öldürülənlərin sayının rəsmi rəqəmlərdən daha çox olduğunu göstərir. …

Qaşqay türkü Əlirza Bəxşizadə və Puria Cahangiri molla rejimin qüvvələri tərəfindən güllələnib

GADTB: İsfahan əyalətində yerləşən Şəhriza şəhərində keçirilən son etirazlar zamanı iki gənc Qaşqay türkü- Əlirza …