GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün yanvar ayının 5-də İran rejiminin polisi və xüsusi qvardiyasının nəzarəti altında keçirilən Tirəxtur komandasının yarışında Güney Azərbaycan türkləri Təbrizin Səhənd stadionunda İran rejimi tərəfindən cinayət hesab edilməsinə baxmayaraq Qarabağ yad edilib.
Güney Azərbaycan türkləri stadionda Ermənistanın müttəfiqi olan İran rejiminin Qarabağla bağlı qoyduğu qadağaya baxmayaraq, Qarabağ Klubunun böyük bayrağını açıblar.