Bazar , Dekabr 22 2024
azfa

Rehjimin həbs etdiyi azərbaycanlı fəal Fərid Xurşidi günahsız elan edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi və “Sistemə qarşı təbliğat aparmaq və qanunsuz aksiyaya təşəbbüs”də ittiham edilən azərbaycanlı milli fəal Fərid Xurşidinin günahsız olması barədə qərarı çıxarılıb.

Qhəmin qərar rejimin məhkəməsinin Elektron Sistemi tərəfindən Xurşidiyə göndərilib.

Rejimin Urmiyadakı məhkəməsinin 8-ci İstintaq şöbəsinin hakimi Məhəmməd Rza Qənizadə “sübutların yetərsizliyi”nə görə Xurşidiyə qarşı irəli sürülün ittihamların əsassız olduğu barədə qərar verib.

Tələbə hərəkatının fəallarından olan Xurşidi iyulun 16-da Azərbaycana dəstək aksiyası ərəfəsində Urmiyanın “Doqquz Pillə” məhəlləsində yerləşən Təhlükəsizlik idarəsinə çağırılaraq yaxalanmışdı. O, daha sonra iyulun 21-də 50 milyon tümənlik mülki vəsiqə qarşısında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …

Bir cavab yazın