Çərşənbə axşamı , Mart 10 2026
azfa

Rejim 120 hektar Azərbaycan ərazisini kürd terrorçuların tərəfdarına verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycanı kürdləşdirib Azərbaycandan qoparma planının icrası istiqamətində gördüyü işlərin davamında Makunun 120 hektar ərazisi kürd terror təşkilatların tərəfdarları olan Fəramərz Nomayənd adlı kürdə verilir. Bu isə Güney Azərbaycanın bu ərazisinin demoqrafik tərkibini dəyişmə və Azərbaycandan qoparma məqsədi güdür.

Rejim əhalinin etiraz etməməsi məqsədilə həmin ərazidə Qənd Zavodu tikiləcəyini bildirir. Hətta onların sözləri düz olsa belə bu Azərbaycanın mənafeyinə tamamilə ziddir. Çünki, əraziyə sahiblənən terror tərəfdarı kürdləri başqa yerlərdən işə götürməklə kürdlərin ailələri ilə birlikdə Azərbaycanın bu bölgəsinə köçməsinə və əhalinin tərkibini dəyişməsinə gətirib çıxaracaq.

Azərbaycanlı fəallar Güney Azərbaycanda bu təhlükəli planın dərhal dayandırılmasını tələb edib və bütün Azərbaycan millətinin Azərbaycan ərazilərinin rejim tərəfindən satılmasına qarşı çıxmağa çağırır.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın