Bazar ertəsi , Fevral 9 2026
azfa

Rejim Abbas Lisaniyə qayınatasının yas mərasiminə qatılmağa icazə vermədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli fəal və siyasi məhbus Abbas Lisaniyə vəfat edən qayınatası Məhəmmədəli Məhəmmədəlizadənin yas mərasiminə qatılmağa icazə verməyib.

Molla rejimi azərbaycanlı fəallara qarşı hətta öz qanunvericiliyini də pozub və xüsusi qəddarlıq nümayiş etdirir. Belə ki, rejimin öz qanunverciliyinə görə hər bir məhkum yaxınlarının dəfnində iştirak haqqına malikdir.

Rejimin Cinayət Məcəlləsinin 520-ci maddəsinə görə, yaxın qohumların ağır xəstəliyi və ya ölüm hallarında məhbus prokurorun qərarı ilə maksimum 5 günə qədər məzuniyyətə göndərilə bilər. Lakin rejim Abbas Lisaninin bu haqqını da qəddarcasına tapdadı.

Molla rejiminin təhlükəsizlik qüvvələri həmçinin Abbas Lisaninin qaynı və digər ailə üzvlərini hədələyərək mərhumun evinin divarlarına asılan Azərbaycanın müxtəlif şəhərlərindən milli fəalların tərəfindən göndərilən türkcə başsağlığı plakatlarının qaldırılmasını istəyib. Lakin mərhumun ailəsi bu qanunsuz tələbi rədd edib.

Azərbaycanlı fəallar isə Abbas Lisaninin evi qarşısına toplaşaraq, onun həyat yoldaşı Ruqiyyə Məhəmmədəlizadə və mərhumun yaxınlarına başsağlığı veriblər.

Qeryd edək ki, azərbaycanlı milli fəal və siyasi məhbus Abbas Lisani rejim tərəfindən şərlənərək 15 il həbs və 2 il sürgünə məhkum edilib və hazırda Ərdəbildə həbsdə saxlanılır. Rejim koronavirusu zindanlarda yaydığı bir halda həmin azərbaycanlı fəalı da zaminə buraxmayıb.

Həmçinin yoxlayın

Təbriz Universitetinin əczaçılıq fakültəsinin tələbəsi Selin Radmehr saxlanılıb

GADTB: Təbriz Universitetinin əczaçılıq fakültəsində təhsil alan 24 yaşlı Selin Radmehr bazar günü, 19 bəhmən …

Etirazların yatırılması zamanı azı 200 şagirdi öldürülüb

GADTB: İran Müəllimlərin Peşəkar Birlikləri Koordinasiya Şurası yaydığı bəyanatda İran üzrə kütləvi etirazların qanlı şəkildə …

Bir cavab yazın