
GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejim hüquqlarının kəskin pozulması ilə aclıq aksiyası keçirən azərbaycanlı fəal Əmir Səttarini cəzalandıraraq zindanın xüsusi bölməsinə köçürdü.
Fəalın acıq aksiyasının 4-cü günündə hədə-qorxu ilə çox acınacaqlı şəraitə malik olan xüsusi bölməyə köçürüldüyü bildirilir.
Qeyd edək ki, rejimin Təbrizdə yerləşən zindanının xüsusi bölməsində təhlükəli cinayətkarlar saxlanılır və heç bir sanitar şəraitə malik deyildir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi