Rejim azərbaycanlı fəal Əkbər Sadiqini Urmiyada yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Əkbər Sadiqini polis idarəsinə çağıraraq yaxalayıb.

Polis tərəfindən azərbaycanlı fəalın atasının evinə göndərilən çağırış vərəqəsində onun avqustun 9-da polis idarəsinə getməsi tələb edilmişdi. Beləliklə azərbaycanlı fəal rejim tərəfindən həbs edilib.

Sadiqinin ailəsi isə axşam saatlarında polis idarəsinə gedərək fəalın vəziyyəti haqqında məlumat almaq istəyiblər. Lakin rejimin qüvvələri heç bir məlumat verməyiblər.

Azərbaycanlı fəalın hansı səbəbə görə yaxalandığı barədə heç bir məlumat verilmir.

Həmçinin yoxlayın

İsrail ordusu İrana mümkün hücuma hazırlaşır

GADTB: İsrailin Milli Xəbərlər nəşri ordunun İrana qarşı mümkün hücum ssenarilərinə aylarla əvvəlcədən hazırlaşdığını bildirib. …

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək

GADTB: Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə …

Bir cavab yazın