Şənbə , İyul 11 2026
azfa

Rejim azərbaycanlı fəal Məhəmməd Əbdülməhəmmədzadəni Təbriz zindanında işgəncə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı milli fəal Məhəmməd Əbdülməhəmmədzadəni Təbriz zindanında işgəncə edib.

Zindanın 5-ci bölməsinin rəisi Rzazadənin azərbaycanlı fəalı işgəncə etdiyi bildirilir. İşgəncə edilən azərbaycanlı fəalın xəsarət aldığı və boyun nahiyyəsində kəskin ağrıların olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə rejimin məhbusları koronavirusa yoluxdurma səbəbilə Təbriz zindanında üsyan baş vermişdi. Lakin rejim qəddarlıqla üsyanı yatırıb.

İrqçi fars-molla rejimi koronavirusu zindanlara yaydığına görə azərbaycanlı siyasi məhbusların həyatı ciddi təhlükə qarşısındadır. Beynəlxalq çağırışlara rəğmən rejim hələ də azərbaycanlı siyasi məhbusların əksərini zindanlarda saxlayır.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın