Çərşənbə axşamı , May 13 2025
azfa

Rejim azərbaycanlı fəallar Rza Cəfərlu və Əkbər Quluzadəni məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimin məmurlarının Urmiya şəhərində 2018-ci il 21 Azər (12 dekabr) ərəfəsində yaxaladığı azərbaycanlı fəallar Rza Cəfərlu və Əkbər Quluzadəni məhkəməyə çağırıb. Göndərilən bildirişə əsasən fəallar 2019-cu il yanvar ayının 12-də məhkəmədə mühakimə olunmalıdırlar.

İşğalçı rejim tərəfindən şərlənən azərbaycanlı fəallar “Sistemə qarşı təbliğdə, eləcə də ölkədə təhlükəsizliyə xələl gətirmək məqsədilə qrupa üzvlükdə” ittiham ediliblər.

Qeyd edək ki, azərbaycanlı fəallar Rza Cəfərlu və Əkbər Quluzadə 2018-ci il dekabr ayının 12-də axşam saatlarında Urmiyada yaxalanmışdı. Fəallar günlərlə işgəncə altında saxlandıqdan sonra  50 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılmışlar.

Həmçinin yoxlayın

Güney Azərbaycandan “Novruznamə” filmi Turan festivalının qalibi oldu

GADTB: Güney Azərbaycandan “Novruznamə” filmi Türkiyənin İzmir şəhərində keçirilən Turan Beynəlxalq Film Festivalında Münsiflər Heyətinin …

Sayın Mikayil bəy Oytadan PKK terror təşkilatının özünü buraxması münasibətilə Avstraliyadakı konsulluğuna təbrik məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …

Bir cavab yazın