Cümə axşamı , Dekabr 2 2021
azfa

Rejim azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirini zaminə buraxmayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli fəal Ruzbeh Pirini zaminə buraxmayıb. Fəalın girov qarşılığında zaminə buraxılması barədə qaldırılan vəsatət qəbul olunmayıb.

Fəalın qardaşı sosial şəbəkədə Ruzbeh Pirinin Təbriz zindanının karantin bölməsində köçürüldüyünü, ailəsinin girov qarşılığında zaminə buraxılması ilə bağlı qaldırdığı vəsatətin Təbriz məhkəməsinin prokuroru tərəfindən rədd edildiyini bildirib.

Qeyd edək ki, azərbaycanlı fəal Ruzbeh Piri sentyabrın 9-da Təbrizdə rejimin 12 mülki geyimli təhlükəsizlik qüvvəsi tərəfindən döyülərək yaxalanmışdı. yaxalandığı zaman heç bir məhkəmə qərarı göstərilməyib. O, məmurlar tərəfindən ağır şəkildə döyülüb. Şahidlərin sözlərinə görə ağır bədən xəsarətləri alan milli fəal zorakılıqla maşına mindirilərək naməlum yerə aparılıb.

Ruzbeh Piri daha öncə də dinc fəaliyyətlərinə görə həbs və mühakimə edilib.

Ruzbeh Piri 2019-cu ilin noyabr ayında İranda baş qaldıran kütləvi etirazlar əsnasında bir çox digər milli fəalla bərabər həbs edilib, daha sonra ilkin məhkəmə tərəfindən 10 ay həbsə məhkum edilmişdi. O, nəhayət Apellyasiya məhkəməsi tərəfindən “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilmişdi.

Ruzbeh Piri kompyuter mühəndisliyi üzrə bakalavr dərəcəsi alıb və hazırda hüquq ixtisasında magistr tələbəsidir.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …