Bazar , Dekabr 22 2024
azfa

Rejim azərbaycanlı milli-mədəni fəal Rza Zareini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Rza Zareini mayın 14-də Təbrizdə yerləşən məhkəməsinə çağırıdı.

Bu məqsədlə rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi elektron məktubu vasitəsi ilə fəalı məhkəməyə çağırıb.

Çağırış məktubuna əsasən, Rza Zarei iyunun 18-də məhkəməyə müraciət etməlidir.

Azərbaycanlı fəal rejim tərəfindən şərlənərək, “fiziki şəxslərə məxsus lövhələri təxrib etmək, sistem əleyhinə təbliğat aparmaq, təhlükəsizliyi pozmaq məqsədilə qrup yaratmaq və ölkənin təhlükəsizliyinin əleyhinə toplaşmaq”da ittiham edilib.

Qeyd edək ki, Rza Zarei ötən il payızın əvvəl ayında terrorçu Sepah Təşkilatının təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən Təbrizdə yaxalanıb. O 17 gün ETTELAAT İdarəsinin təcridxanasında, 3 gün isə Təbrizdə Mərkəzi Zindanda saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …

Bir cavab yazın