Çərşənbə , Aprel 24 2024
azfa

Rejim azərbaycanlı siyasi məhbusların aclıq aksiyası qarşısında geri çəkildi; Yusif Kari bölməsinə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbusların aclıq aksiyasına qoşulması irqçi fars rejimi geri addım atmağa məcbur edib.

Rejimin Ərdəbildə yerləşən zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslar Abbas Lisani və Vasiqi qardaşları ailələr ilə qısa telefon əlaqəsində bu barədə məlumat veriblər.

Onlar bildiriblər ki, zindan məsulları dünən axşam Yusif Karinin aclıq aksiyası üçünfəalı öz bölmsinə qaytarıblar.

Abbas Lisani və Vasiqi qardaşlarının araşdırma aparıb və həqiqətən də Yusif Karinin öz bölməsinə qaytarıldığını öyrəniblər. Azərbaycanlı siyasi məhbusların istəyi yerinə yetirildiyi üçün onlar aclıq aksiyasını dayandırıblar.

Qeyd edək ki, irqçi fars rejimin Ərdəbildəki zindanında təzyiq və təhqirlərə görə aclıq aksiyası keçirib, zindanın klinikasına köçürülən azərbaycanlı siyasi məhbus Yusif Kariyə dəstək məqsədilə çox sayda azərbaycanlı siyasi məhbus aclıq aksiyasına qoşulmuşdular.

Ərdəbil zindanında azərbaycanlı siyasi məhbus Abbas Lisaninin aclıq aksiyasına qoşulandan sonra Ərdəbil zindanında Vasiqi qardaşları da dəstək məqsədilə aclıq aksiyasına qoşulmuşdular.

Eyni zamanda Tehranın Evin zindanında həbsdə olan azərbaycanlı siyasi məhbus Siyamək Mirzai aclıq aksiyasına qoşulmuşdu. Onun ardınca isə Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslar Behnam Şeyxi, Tohid Əmirəmini və Kiyanuş Aslani bu gün səhər saatlarında ailələri ilə ayrı ayrılıqda telefon danışıqlarında yanvarın 21-dən Yusif Kariyə dəstək məqsədilə aclıq aksiyasına başlayacaqlarını bildirmişdilər.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …