
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepahının təhlükəsizlik bölməsi irqçilik simvolu olan Firdovsinin heykəlinin götürülməsi xəbərini təqdir edərək yayan Azərbaycanlı jurnalist, “Maku Times” İnstagram səhifəsinin admini Yavər Sultani yaxalayıb.
Azərbaycanlı jurnalist Sultani iyulun 13-də günorta saatlarında Makıda yaxalanıb.
Yavər Sultaninin Makı şəhərinin “Həftə Fələkəsi”ndə ucaldılan fars şairi irqçilik simvolu olan Əbülqasım Firdovsinin heykəlinin götürülməsi ilə bağlı yaydığı reportaja görə həmçinin iyulun 2-də də yaxalanılıb dindirilmişdir.
Həmin reportajda Yavər Sultani anti-türk və anti-ərəb şeriləri və irqçiliyi ilə məşhur olan Firdovsinin heykəlinin dünyada irqçi şəxsiyyətlərin heykəllərinin aşırıldığı bir vaxtda götürülməsini təqdir etmişdir. Azərbaycanlı jurnalistə bu bəyənilən əməlinə görə təzyiqlər davam edir və yaxalanıb.