Şənbə , Dekabr 7 2024
azfa

Rejim qatilin yerinə qətlə yetirilənin hüququnu qoruyan azərbaycanlı vəkili həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin sifarişi ilə rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 2-ci şöbəsi azərbaycanlı xanımın qatili yerinə onun hüquqlarını müdafiə edən azərbaycanlı fəal və vəkil Məhəmməd Güneylini 6 il həbs cəzasına məhkum etdi.

Azərbaycanlı fəal irqçi fars-molla rejimi tərəfindən şərlənərək “Özünü dövlət məmuru kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat vermək” və “Düşmən ölkələrlə əlaqə qurmaq və əməkdaşlıq etmək”da ittiham ediliblər. Fəal birinci ittihama görə 4 il, ikinci itihama görə isə 2 il həbsə məhrum edilib.

Məhkəmə qərarı martın 9-da azərbaycanlı vəkil Məhəmməd Güneyli və onun vəkilinə elan olunub.

Azərbaycanlı vəkilin sonuncu məhkəmə iclası fevralın 23-də rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilmişdi.

Fəala qarşı irəli sürülən ittihamlara əsas verən dəqiq sənəd və faktlar olmadığı üçün məhkəmənin terrorçu Sepahın kəşfiyyat bölməsinin təzyiqi altında qərar çıxarıb.

Məhəmməd Güneylinin vəkili Məcid Kuhpayə irəli sürülən ittihamları sübut edən heç bir dəlil və sənədin təqdim olunmadığını qeyd edərək bildirmişdir ki, Sepahdan fərqli olaraq hətta Şərqi Azərbaycanın ETTELAAT İdarəsi Məhəmməd Güneylini casus kimi tanımadığını bildirib.

Qeyd edək ki, irqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinin rəisi hakim Ehrari 2019-cu il dekabrın 17-də ikinci məhkəmə iclasının sonunda azərbaycanlı fəalı şərləyərək “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində materiallar paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edib və onu 6 ay həbsə məhkum etmişdir.

Fəala qarşı yalan ittihamlara irəli sürülən “rejimə düşmən olan dövlətlərlə əlaqə qurmaq və əməkdaşlıq etmək”, eləcə də “səlahiyyəti olmayan şəxslərə gizli məlumatlar vermək” ittihamların da qüvvədə olduğu bildirib. Bu ittihamlarla bağlı fəalın 5-ci məhkəmə iclası yaxın zamanda həyata keçiriləcəyi bildirilir.

Azərbaycanlı vəkil Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 24-də terrorçu Sepahın kəşfiyyat məmurları tərəfindən yaxalanmışdır. 11 ay işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Rejim həmçinin azərbaycanlı vəkilin vəkillik lisenziyasını da ləğv edib.

Həmçinin yoxlayın

Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək

GADTB: Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının …

Molla rejimin məmurları təbrizli yeniyetmənin evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT İdarəsinin əməkdaşları Təbrizdə 17 …

Bir cavab yazın