GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Sulduz şəhərində yaxaladığı azərbaycanlı milli fəal Musa Ziya Gərgərini rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsinə köçürdü.
Azərbaycanlı fəal sentyabrın 17-də ailəsi ilə qısa telefon əlaqəsində bu barədə məlumat verib.
Qeyd edək ki, Sulduz sakini türk milli fəal sentyabrın 15-də öz evində həbs edilib. Rejimin məmurları həmçinin Ziya Gərgərinin evində axtarış apararaq fəalın şəxsi əşyaları, o cümlədən mobil telefonunu müsadirə eemişdilər.
İrqçi fars rejimin təhlükəsizlik qüvvələri daha sonra isə azərbaycanlı milli fəalın iş yerinə hücum ecib və orada axtarış aparıblar. Axtarış zamanı fəala aid komputer də məmurlar tərəfindən müsadirə etmişlər.
Şəkər xəstəliyindən əziyyət çəkən azərbaycanlı milli fəalın ailə üzvləri fəalın səhhəti ilə bağlı narahatlıqlarını bildiriblər.