Cümə axşamı , Yanvar 22 2026
azfa

Rejim Təbrizdə azərbaycanlı fəal Nəsim Sadiqini yenidən məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqini yenidən məhkəməyə çağırıb.

Məhkəmədən azərbaycanlı fəala sentyabrın 12-də elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən, o 10 gün ərzində rejimin Təbrizdə yerləşən inqilab məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir.

Qeyd edək ki, Nəsim Sadiqi sentyabrın 3-də şərlənərək “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə həmin məhkəmədə mühakimə olunub. Fəala çıxarılan hökmün şifahi şəkildə elan olunması üçün məhkəməyə yenidən çağırıldığı ehtimal olunur.

Azərbaycanlı fəal məhkəmədə rejimin ona qarşı irəli sürdüyü saxta ittihamı qətiyyətlə rədd edərək, ölkə konstitusiyası çərçivəsində mədəni fəaliyyətlə məşğul olduğunu bildirmişdir. Fəal məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarının saxta dosyeləri əsasında qərar çıxarmamağa çağırmışdı.

2018-ci il oktyabrın 21-də saxlanılan azərbaycanlı fəal Nəsim Sadiqi bir neçə gün sonra oktyabrın 31-də Təbrizin mərkəzi zindanından 150 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılmışdı. Azərbaycanlı fəal Azərbaycan türk millətinin hüquqları uğrunda mədəni fəaliyyətlərinə görə yaxalanmışdır.

Həmçinin yoxlayın

Çinin 16 hərbi yük təyyarəsi İrana endi

GADTB: Misli görünməmiş və böyük bir logistik əməliyyat nəticəsində 56 saat ərzində Çinin 16 hərbi …

Molla rejimi Qaşqay türkünü etirazlarda güllələdi

GADTB: İranda davam edən etiraz aksiyaları zamanı daha bir gəncin həlak olduğu bildirilir. Tehran Universitetinin …

Bir cavab yazın