Bazar ertəsi , İyul 13 2026
azfa

Rejim təyin etdiyi kürd vali vasitəsilə terrorçuları Qərbi Azərbaycanın millət vəkili adı ilə məclisə göndərmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Qərbi Azərbaycana təyin etdiyi kürd vali vasitəsilə kürd terrorçularını Qərbi Azərbaycanın millət vəkili adı ilə məclisə göndərmək istəyir.

Yüz minlərlə günahsız azərbaycanlını qətliam edən Smitqonun kürd terror təşkilatlarının tərəfdarı olan nəvəsi Arman Smitqo Şəhriyarının yardımı ilə Qərbi Azərbaycandan məclisə millət vəkili seçilmək istəyir.

Antitürk vali isə ona söz verib ki, Tehrandan onun millət vəkili olmasına icazə alacaq.

Qeyri-yerli və kürd valinin göstərişi ilə hətta Qərbi Azərbaycanın qubernatoru da artıq terrorçu kürdlərə meydan verməkdədir. Belə ki, Smitqonun nəvəsi öz tərəfdarları ilə Qubernatorluğa daxil olub və qubernator isə məsələyə müsbət yanaşıb. Bu isə artıq Azərbaycan türk millətinə qarşı yeni fitnəkarlıqdan xəbər verir.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …

Bir cavab yazın