GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin Ərdəbildəki zindanının 2-ci bölməsində həbsdə olan azərbaycanlı fəal Əli Vasiqi dünən ailəsi ilə telefon əlaqəsi zamanı öskürək, baş və əzələ ağrılarının olduğunu bildirərək koronovirusa yoluxduğundan şübhələndiyini bildirib.
Rejim Ərdəbildəki zindanda koronavirus yaydığı üçün Abbas Lisani və Yusif Kari də koronavirusa yoluxub.
Əli və Rza Vasqi qardaşları iki gün əvvəl ailələri ilə telefon əlaqəsində Ərdəbildəki zindanın 2 saylı bölmədə koronavirus infeksiyasının yayıldığını bildirmişdilər.
qeyd edek ki 1985-ci ildə Ərdəbildə anadan olan Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.