GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə zindana saldığı azərbaycanlı fəal və yazıçı Rəhim Qulaminin həyatı ciddi təhlükədədir.
Dekabrın 16-da astma və böyrək xəstəliyindən əziyyət çəkən azərbaycanlı fəal huşunu itirib. Fəal zindanının poliklinikasına aparılıb və saatlarla süni tənəffüslə yaşamağa məcbur olub.
Zindan məsulları fəalla eyni bölmədə saxlanılan məhbusların etirazına cavab olaraq deyiblər ki, “bu məhbusla bağlı bütün qərarlar təhlükəsizlik orqanları verir. Ona görə də onun xəstəxanada müalicə olunması zindan məsulların səlahiyyətində deyil.”
Qeyd edək ki, Rəhim Qulami ilə eyni bölmədə saxlanılan azərbaycanlı fəal Müctəba Pərvin yenicə azadlığa buraxılıb. O Rəhim Qulaminin sağlıq durumunun yaxşı olmadığını bildirmişdir.