Bazar , Sentyabr 19 2021
azfa

Rejimin ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Həmid Mənafi indi də sürgünə göndərildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Həmid Mənafini indi də sürgünə göndərdi.

Mənafi avqustun 2-də özünün “İnstaqram” səhifəsində bununla bağlı məlumat paylaşıb.

Məlumata əsasən azərbaycanlı milli-mədəni fəal Həmid Mənafi həbsdən sonra iki illik sürgün cəzasını çəkmək üçün Loristan əyalətinin Azna şəhərinə göndərilib.

Qeyd edək ki, Tehranın “Evin” zindanında həbs cəzasını çəkən Həmid Mənafi Nadarlının şərti azadlığa buraxılması ilə bağlı müraciətinə həbsxana məsulları müsbət cavab verdiklri, onun 2 illik həbs müddətinin qalan hissəsinin şərti azadlıqla əvəz olunduğu mayın 15-də elan olunub.

Bununla yanaşı Baharistanın Qərarların İcrası İdarəsi Həmidən Mənafidən sürgün cəzasını çəkmək üçün Loristan əyalətinin Azna şəhərinə getməsini istəmişdi.

Həmid Mənafi, Behnam Şeyxi, Əkbər Azad və Əlirza Fərşi ilə birlikdə 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdikləri üçün həbs olunub.

Qanunun 499-cu maddəsinə əsasən, onların hər biri Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsində 2 il həbs cəzasına məhkum edilib.

Hımid Mənafi 2020-ci il iyulun 21-də yaxalanaraq həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına salınmışdı.

Həmçinin yoxlayın

Rus gəmilərin Bakıda “Mehtər” marşı ilə qarşılanması…

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Xəzər donanmasının iki hərbi gəmisi – “Astraxan” …

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının …