Bazar ertəsi , İyul 20 2026
azfa

Rejimin Güney Azərbaycanın zəlzələ bölgəsinə yardımı unutduğuna etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanın hətta zəlzələ bölgəsinə yardım məsələsində ayrıseçkiliyə yol verməsi və ümumiyyətlə yardımı unutmasını hətta rejimə bağlı şəxslər də etiraf edib.

Miyana şəhərinin İran məclisindəki millət vəkili Fərdin Fərmənd dekabrın 23-də çıxışı zamanı deyib: “Miyananın zəlzələdən əvvəl də bir çox problemi var idi. Təbii fəlakətin baş verməsi vəziyyəti daha da ağırlaşdırdı. Benzinin bahalaşması ilə əlaqədar baş verən hadisələr isə təbii fəlakətin unudulmasına səbəb oldu.

Hal-hazırda Miyana dağlarının ətəyində qarlı hava şəraiti hökm sürür. Bu məsələ müvəqqəti məkanlarda yerləşdirilən və çadırlarda yaşayan zəlzələdən zərərçəkənlər üçün vəziyyəti ağırlaşdırıb”.

Qeyd edək ki, Şərqi Azərbaycan vilayətində baş verən dağıdıcı zəlzələdən təxminən 50 gün keçməsinə baxmayaraq təbii fəlakətdən zərərçəkənlər hələ də ağır şəraitdə qar altında çadırda yaşamağa məcburdurlar. Rejim isə lazımı köməyi göstərmir.

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın