Şənbə , Noyabr 27 2021
azfa

Rejimin həbs etdiyi azərbaycanlı fəal Əmir Səttari Rauf girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizdə etirazlar zamanı həbs etdiyi azərbaycanlı fəal Əmir Səttari Rauf girov qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəal avqustun 15-də 60 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Səttari iyulun 22-də evindən çıxarkən rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq ETTELAAT-ın təcridxanasına aparılmışdir. O sorğu-suala tutulduqdan sonra 11 abqustda Təbrizin Mərkəzi Zindanına köçürülmüşdür.

Əmir Səttari Rauf həmçinin bundan öncə 2018 il  yanvarın 1-də təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq barəsində “milli təhlükəsizliyə qarşı toplaşmaq” və “rəhbəri təhqir” etmək ittihamları ilə cinayət işi açılmışdı.

Qeyd edək ki, iyulun 24-də Təbriz şəhərində etirazların keçirilməsi zamanı İran rejiminin məmurları çox sayda azərbaycanlı fəalı həbs etmişdi.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …