Bazar , Sentyabr 19 2021
azfa

Rejimin həbs etdiyi azərbaycanlı fəal Yusif Sələhşur ETTELAAT-ın təcridxanasında həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizdə yaxaladığı azərbaycanlı fəal Yusif Sələhşur ailəsilə qısa telefon danışığında rejimin Təbrizdəki ETTELAAT İdarəsinin təcridxanasında saxlandığını bildirib.

Yusif Sələhşura əlavə heç nə deməyə imkan verilməyib və onun nədə ittiham olunduğu, eləcə də saxlanılma şərayiti barədə məlumat verilməyə imkan verilməyib.

Qeyd edək ki, iyulun 25-i axşam saatlarında İran rejiminin silahlı təhlükəsizlik qüvvələri Yusif Sələhşurun evinə basqın edərək onu yaxalayıblar.

Eyni zamanda rejimin məmurları fəalın evində axtarış aparıb və onun şəxsi əşyalarını özləri ilə aparıblar.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarının yaxaladığı azərbaycanlı milli-mədəni fəallar …

Rus gəmilərin Bakıda “Mehtər” marşı ilə qarşılanması…

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Xəzər donanmasının iki hərbi gəmisi – “Astraxan” …