GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ana dilində təhsil tələbinə görə həbs etdiyi azərbaycanlı milli-mədəni fəallar Behnam Şeyxi və Həmid Mənafi Nadarlının məzuniyyət müddəti uzadılıb.
Tehranın Evin zindanında saxlanılan azərbaycanlı fəallar Behnam Şeyxi sentyabrın 15-də, Həmid Mənafi Nadarlı isə sentyabrın 16-da bir həftəlik zəmanət qarşılığında məzuniyyətə buraxılmışdılar.
Azərbaycanlı milli fəalların məzuniyyət müddəti daha 10 gün uzadılıb.
Qeyd edək ki, azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı barəsində Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 10 il həbs və 2 il sürgün qərarı çıxarılmışdır.
Yanvarın 20-də isə Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün əvvəlki qərarı 2 il həbs və 2 il sürgün cəzası ilə dəyişdirmişdir.