Çərşənbə axşamı , Mart 10 2026
azfa

Rejimin məmurları azərbaycanlı fəal Əsgər Əkbərzadəni yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin məmurları azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadəni yaxalayıb.

Ərdəbil sakini olan azərbaycanlı fəal Əsgər Əkbərzadə hazırda hərbi xidmətdədir və rejimin təhlükəsizlik qüvvələri tərəfindən əli və ayaqları qandallı şəkildə yaxalanaraq, rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinə köçürülüb.

Qeyd edək ki, Əsgər Əkbərzadə tanınmış azərbaycanlı fəallardandır və dəfələrlə yaxalanıb və müxtəlif təzyiqlərə və həbsə məruz qalıb.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın