Cümə axşamı , Fevral 12 2026
azfa

Rejimin oğurladığı Traxtur tərəfdarlarının bəzisi müvəqqəti sərbəst buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu qüvvələrinin Traxturu yarışından sonra aprelin 19-da Təbrizin səhənd stadionundan çıxarkən oğurladığı Traxtur tərəfdarlarından bəzisi müvəqqəti sərbəst buraxılıb.

Oğurlanana azərbaycanlı tərəfdarlardan 11 nəfəri aprelin 27-də Təbrizin Mərkəzi Zindanından ağır mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Rejimin Təbrizdə yerləşən zindanında hələ də 10 Traxtur tərəfdarının qeyri-müəyyən vəziyyətdə saxlandığı bildirilir.

Stadionda oğurlanan azərbaycanlı tərəfdarlarıdan bəzilərinin başqa zindanlara da aparıldığı güman edilir

Traxturun qəzvinli tərəfdarı Mehdi Həbibullahi zaminə buraxılma üçün 1 milyard 200 milyon tümənlik mülki vəsiqə girov qoymağa məcbur olub.

Qeyd edək ki, 2019-cu il aprelin 19-da Güney Azərbaycanın Traxtur komandası ilə Peykan komandası Təbrizin Səhənd stadionunda yarışarkən növbəti dəfə rejim qəsdən Traxturu uduzmağa məcbur edib. Eyni zamanda Traxtur tərəfdarlarını stadiondan uzaq salmaq və xüsusilə müxtəlif şəhərlərdən gələn tərəfdara təzyiq məqsədilə yarışdan sonra terrorçu qüvvələrini onları üzərinə göndərmiş və müxtəlif vasitələrlə tərəfdarları terror etmişdir. Nəticədə çoxsaylı tərəfdar yaralanmış və çox sayda tərəfdar isə oğurlanmışdır.

Həmçinin yoxlayın

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib. Mehdi …

Tarumda bir qrup azərbaycanlı şəxslər saxlanılıb

GADTB: Zəncan vilayətinin Tarum rayonundan olan təqaüddəki müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 4 bəhmən …

Bir cavab yazın