Rejimin rəsmiləri Urmiya gölünə xaricdən verilən vəsaitləri mənimsəyib

GADTB: Rza Kianianın Urmiya gölünün xilası üçün 3 milyon dollar vəsait alması ilə bağlı yayılan xəbərlər böyük səs-küyə səbəb olub.

 Lakin Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri bu iddiaları rədd edir.

İranın məşhur kino və televiziya aktyoru Rza Kianian Urmiya gölünün bərpası kampaniyasına üç milyon dollar bağışladığı ilə bağlı mübahisəli bir iddia irəli sürüb.

 Kianian deyib: “Mən Yaponiyadan üç milyon dollar alıb İsa Kəlantariyə verdim”.

Ətraf Mühit Təşkilatının keçmiş rəhbəri İsa Kəlantari də ILNA-ya müsahibəsində Kianianın dediklərini təkzib edərək deyib: “Rza Kianian mənə vermək üçün JICA-dan (Yaponiya-İran Əməkdaşlıq Ofisi) heç bir pul almayıb.

Əgər almışdısa, bunu sübut etməlidir! Onun JICA-nın mövqeyindən xəbəri yoxdur və onlar fərdlərə pul vermirlər.

Şikayət etmək istəyirdim, amma gördüm ki, o, bu sözləri cahillikdən deyir, ya da bəlkə də özünü şişirtmək istəyirdi”.

Həmçinin yoxlayın

Körfəz Əməkdaşlıq Şurasının baş katibi: İran İslam Respublikası rejimi müharibənin tərəfi olmayan ölkələrə hücum edib

GADTB: Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Bədəvi 2026-cı il oktyabrın 31-də …

Xameneyi İran ordusuna yeni hərbi göstərişlər verdi

GADTB: Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi ilə Silahlı Qüvvələrinin yüksək rütbəli komandanları arasında …