Cümə , Aprel 19 2024
azfa

Rejimin Ş.Azərbaycandakı Apelyasiya məhkəməsi 6 azərbaycanlı fəalın həbs cəzasını təsdiqlənib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin Şərqi Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsi 6 nəfər azərbaycanlı milli-mədəni fəal barədə sentyabr ayının 1-də  çıxardığı həbs qərarını sentyabr ayının 9-da olduğu kimi təsdiq edib.

İrqçi fars rejimin bundan öncə İnqilab Məhkəməsi azərbaycanlı fəallar İbrahim Nuri və Əkbər Əbulzadəni hər birini 10 ay, Hamid Allahverdipur, Süleyman Kazimi, Murtaza Şokri və İsrafil Fəthullazadənin hər birini 7 ay həbsə məhkum edib. Bu qərarı isə irqçi fars rejimin Şərqi Azərbaycandakı Apelyasiya Məhkəməsi artıq həmin hökmü təsdiq edib.

Digər azərbaycanlı fəal Saleh Molla Abbasi isə rejimin Apelyasiya Məhkəməsinin iclasına çağırılsa da çıxarılan qərarda onun adı yoxdur. azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri hazırda Tehranın Evin zindanında qondarma ittihamlara görə məhkum edildiyi 6 aylıq həbs cəzasını çəkməkdədir.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəallar 2015-ci ilin noyabr ayında irqçi fars rejimin televiziyasında yayımlanan və türkləri təhqir edən “Fitilə” proqramına etiraz etdilər. Ümumiyyətlə Güney Azərbaycanda u təhqiramiz proqrama silsilə etirazlar keçirildi. Güney Azərbaycanın Əhər şəhəri etiraz aksiyalarının əsas mərkəzlərindən birinə çevrildi və bir sıra azərbaycanlı fəallar yaxalandı. 2017-ci il oktyabr ayının 15-də rejimin Əhərdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi həmin aksiyalarda yaxalanan fəalların 7-i barədə həbs hökmü verdi.

 

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın