GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son günlərdə irqçi fars rejimin təhlükəsizlik qüvvələrinin Təbrizdə gecə saatlarında oğurladığı azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudidən heç bir xəbər yoxdur.
Fəaldan heç bir məlumatın verilməməsi onun ailəsinin nigaranlığına səbəb olur.
Qeyd edək ki, Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Məhəmməd Mahmudi noyabrın 17-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Bu müddətdə onun vəziyyəti barədə ailəsinə heç bir məlumat verilməyib.
Məhəmməd Mahmudi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə bundan əvvəl də yaxalanıb.