Çərşənbə axşamı , Avqust 11 2026
azfa

Rejimin yaxaladığı milli fəal Əkbər Sadiqi vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin  Urmiyada yaxaladığı azərbaycanlı milli fəal Əkbər Sadiqi mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıb.

Azərbaycanlı fəal dünən avqustun 10-da məhkəmə tərəfindən qəbul edilən 50 milyon tümənlik vəsiqə qaşılığında rejimin Urmiyada yerləşən zindanından zaminə buraxılıb. Rejimin kəşfiyyat və təhlükəsizlik polisi aqustun 6-da məhkəmə qərarı ilə Əkbər Sadiqinin atası evinə çağırış vərəqəsi göndərərək bazar günü avqustun 9-da saat 8:30-da milli fəalın polis dairəsinə getməsini istəmişdi.

Çağırılan saatda Urmiya şəhərinin kəşfiyyat və təhlükəsizlik polisinin “9 Pillə” saxlama mərkəzi binasında hazır olan Əkbər Sadıqia yaxalanmışdı.

Həmin gün saat 18:00-də polisin təhlükəsizlik şöbəsinə müraciət edən Sadiqinin ailəsinə polis tərəfindən övladlarının harada olduğu haqda heç bir məlumat verilməyib. Sadıqinin ailəsi polis məmurlarından ittihamı barədə məlumat istəsələr də, onlar bu haqda heç bir izahat verməmişdi.

Həmçinin yoxlayın

İraqda terrorçuları tərksilah planı SEPAH-ı hərəkətə keçirib

GADTB: İranın terrorçu İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanı İsmayıl Qaani Bağdada səfər …

Tramp: İran ABŞ əsgərlərinin və öz xalqının öldürülməsinə görə təzminat ödəməlidir

GADTB: ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranın son «50 il ərzində» ABŞ …

Bir cavab yazın