Çərşənbə , Oktyabr 14 2026
azfa

Röyters: ABŞ İranın istifadə etdiyi neft daşınması üsulu ilə Körfəz ölkələrinin neft ixracını qoruyub

GADTB: Röyters xəbər agentliyinin xüsusi hesabatında bildirilir ki, ABŞ ordusu son həftələr ərzində Hörmüz boğazı yaxınlığında həyata keçirilən onlarla gəmidən-gəmiyə neft köçürmə əməliyyatına nəzarət edərək Körfəz ölkələrinin enerji ixracının davam etməsinə kömək edib.

Məlumata görə, bu üsul daha əvvəl İran tərəfindən beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə istifadə olunurdu.

Əməliyyatlar may ayının əvvəlindən etibarən Füceyrə sahilləri yaxınlığında və Sohar limanı ətrafında həyata keçirilib. Hesabata əsasən, bu prosesdə azı 92 tanker və yük gəmisi iştirak edib.

Röytersin məlumatına görə, neft tankerləri izləmə sistemlərini söndürərək, gecə saatlarında hərəkət edərək və yüklərini dənizdə digər iri tankerlərə ötürərək neftin dünya bazarlarına çatdırılmasını təmin ediblər. Bu yolla yük daşıyan gəmilər birbaşa Hörmüz boğazından keçmədən fəaliyyət göstərə biliblər.

Hesabatda qeyd olunur ki, əməliyyatların başlanmasından bəri bu şəbəkə vasitəsilə 90 milyondan çox barel neft və neft məhsulu daşınıb.

Röyters həmçinin bildirir ki, 9 iyun tarixində İran tərəfindən vurulduğu iddia edilən ABŞ-a məxsus Apaçi tipli döyüş helikopteri də həmin neft daşınması əməliyyatları ilə bağlı tapşırıqların icrasında iştirak edirdi. Məlumatda vurğulanır ki, bu əməliyyatlar regionda enerji ixracının davamlılığını təmin etmək və qlobal enerji bazarlarında mümkün təchizat problemlərinin qarşısını almaq məqsədi daşıyıb.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …