Çərşənbə axşamı , İyun 22 2021
azfa

Ruhani hakimiyyəti Urmiya gölünü bərpa məsələsində əhalini aldadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Həsən Ruhani hakimiyyəti Urmiya gölünün bərpası ilə bağlı əhalini aldadır.

Rejimin Azərbaycan türklərinin təzyiqi nəticəsində məcburən gördüyü tədbirlər də uğursuzluqla nəticələnib.

İranın Energetika Nazirliyi gölü yalan iddialarla 640 milyon kubmetr su haqqı ilə tam şəkildə təmin etməli olduğu halda bunu etmir.

Urmuiya gölünə təyin edilən həmin miqdarda suyun yalnız 160 milyon kubmetri göə buraxılıb. Nazirlik səbəb kimi yağıntıların azlığını iddia edib.

Lakin Urmiya Gölünü Bərpa Qərargahı Energetika Nazirliyinin iddiasını rədd edərək bildirir ki, keçən il bu ildən yağıntılar az olduğu halda gölün su haqqı gölə buraxılıb. Lakin bu il qəsdən su buraxılmamaqla göl qurudulur.

Qərargah Bəykəndi ilə Şəhərçay bənddlərində 300 milyon kubmetrə yaxın əlavə su olduğunu bildirərək, bu miqdarda suyun Urmiya gölünə axıdıla biləcəyi vurğulanıb. Lakin Ruhani hakimiyyəti qəsdən gölü qurudur.

Həmçinin yoxlayın

Tikantəpədə kürdlərin xeyirinə seçkilərin saxtalaşdırılması əhalini qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpədə mühacir kürdlərin deputatının kürdlərin xeyrinə seçkini saxtalaşdırması …

BMT-nin qarşısında erməni minalarının partlamasında həyatını itirən azərbaycanlı jurnalistlər yad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan …