Çərşənbə , İyun 18 2025
azfa

Rusiya arxivindən Zəngəzurun Azərbaycana aid olmasina dair tarixi sənəd

GADTB: Rusiya Federasiyası arxivindən aşkar edilən 1920-ci il tarixli sənəd açıq şəkildə Zəngəzurun, AXC süqutundan və burada ASSR yarananda da Azərbaycan sərhədləri çərçivəsində olmasına dair möhkəm sübutdur.

Teleqramda deyilirki, Azərbaycan Sovet Respublikası Ermənistan hökümətinə ultimatum qoyur:

1. İlk növbədə ermənilər öz hərbi birləşmələrini Qarabağ və Zəngəzurdan çıxarmalı

2. Öz sərhədlərinə geri çəkilməli

3. Millətlərarası qırğına son qoymalı

Əks təqdirdə Azərbaycan Sovet Respublikası özünü Ermənistan Respublikası höküməti ilə müharibə şəraitində biləcək.

Bununla biz hansı nəticəni çıxarırıq?

Qarabağ və Zəngəzur Azərbaycan XC, daha sonra isə Azərbaycan SSR ayrılmaz parçası idi və burda qurulan Sovetlər höküməti bunu qəbul edirdi. Yəni bu ərazilərin o zamanlar mübahisəli olması haqqında söhbət belə gedə bilməz.

Aşkar etdiyimiz bu sənəd gündəmdə olan Zəngəzur məsələsinə bir töhfəmiz olsun.

Rusiya Federasiyası dövlət arxivi, (Ф. Р – 130, Оп.4, Д.600)

Həmçinin yoxlayın

Ərdəbildə partlayışlar baş verib

GADTB: Bu gün Ərdəbil şəhərinin bəzi bölgələrində güclü partlayışların baş verdiyi bildirilib. Bəzi “Telegram” kanalları …

GADTB başqanı sayın Əjdər Tağızadənin “TV Musavat” kanalında “İranın nüvə obyektlərinə hücum: Tehran boşaldılır, Çin İrana təyyarələr göndərdi- İran ABŞ-ı vuracaq” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …