Rusiya, İran və Əsəd rejimi Türkiyəyə qarşı kürd terrorçularını dəstəkləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında avqustun 5-də Soçidə baş tutacaq görüş ərəfəsində Əsəd qüvvələri, terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qanadı YPG-nin silahlıları Türkiyənin gözlənilən hərbi hərəkətlərinə qarşı Suriyanın şimalında birgə təlimlər keçirib. Rusiya da bu təlimlərə dəstək verib. Bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.

Mənbə qeyd edir ki, Ərdoğanla Putin arasında danışıqların əsas gündəmində Suriyanın şimalındakı vəziyyət və Türkiyənin kürd terrorçularına qarşı yeni hərbi əməliyyatlar keçirmək planları olacaq.

Bundan əvvəl, iyulun 19-da Tehranda Rusiya, İran və Türkiyə prezidentləri arasında keçirilən danışıqlarda Vladimir Putin və ali dini lider Əli Xamenei Ərdoğanın Suriyanın şimalında yeni hərbi əməliyyatına qarşı çıxıblar.

Bu sammitdən sonra Suriyanın şimalında Türkiyə hərbçiləri ilə PKK/YPG yaraqlıları arasında atışmalar davam etsə də, vəziyyət nisbətən sakitləşib və görünür, Ankara hərbi əməliyyatlara başlamaq planlarını bir qədər təxirə salıb.

Xəbər verdiyimiz kimi, əsasən PKK/YPG silahlılarından ibarət “Suriya Demokratik Qüvvələri” Türkiyəyə qarşı Əsəd rejimi ilə anlaşıb. Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmaya görə, Suriya ordusu kürd alyansının nəzarətində olan ərazilərə daxil olub.

Rusiya mənbələri Soçidəki danışıqlar ərəfəsində Suriya ordusunun bölmələrinin bölgədə ilk dəfə olaraq kürd yaraqlıları ilə birgə təlimlər keçirdiyini bildirir.

“Russkaya vesna” nəşri yazır ki, Rusiya Silahlı Qüvvələri Suriya ordusu və kürd artilleriyasını birgə irimiqyaslı təlimlərə cəlb edib və bu təlimlər zamanı Hələb vilayətinin bölgəsində su maneələrini gücləndirmək planlaşdırılır. Təlimlərin ssenarisinə əsasən, döyüşlər zamanı tankların su maneələrinin məcburi şəkildə sınanması sınaqdan keçirilib.

Suriya və Rusiya aviasiyası, həmçinin PKK/YPG yaraqlıları su maneələrini keçən tanklara havadan atəş dəstəyi verib. Xüsusilə də Rusiyanın “Pançir” zenit-artilleriya sistemləri havadan pilotsuz təyyarələrin hücumlarına qarşı döyüş mövqeyi tutub.

Müharibə müxbirləri qeyd edirlər ki, Suriya qoşunları tank və piyada birləşmələrinin qarşı sahilə keçirilməsi üçün nəzərdə tutulan ponton keçidlərinin tikintisini artıq başa çatdırıblar.

Bu gün isə bir neçə saat əvvəl zirehli maşınlar, zirehli personal daşıyıcıları və hərbi yük maşınları da daxil olmaqla, zirehli texnika koloniyası Suriyada ABŞ-ın nəzarətində olan əraziyə daxil olub. Bu qədər sayda rus hərbçisinin olması bir neçə ildən sonra ilk dəfə qeydə alınıb.

Suriya mənbələrinin məlumatına görə, Rusiya qoşunları Suriya-İraq sərhədi yaxınlığındakı əraziyə sərbəst şəkildə daxil olub. Naməlum səbəblərdən ABŞ hərbçiləri rusların əraziyə daxil olmasına qarşı çıxmayıblar.

Rusiya tərəfi Suriyanın Əl-Həsəkə əyalətinin İraqla həmsərhəd Yarubiya qəsəbəsinin küçələrində hərbçilərin peyda olması ilə bağlı məlumatı heç bir şəkildə şərh etməyib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Qıbrız Barış Əməliyyatının 50-ci ildönümü və 20 İyul Sülh və Azadlıq Günü münasibətilə tədbirə qatılıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Fransa hərbi təyyarəsi İrəvanın “Zvartnots” hava limanına endi – Video

GADTB: Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İrəvanda “Zvartnots” hava limanına enib. Hərbi təyyarədə silah-sursatın …