Şənbə , Noyabr 8 2025
azfa

Rusiya müharibə qənimətlərini hərbi dəstək müqabilində İrana göndərir

GADTB: “The Jamestown Foundation” nəşri son hesabatında Rusiyanın PUA alması müqabilində İrana döyüş qənimətləri göndərdiyini açıqlayıb.

Hesabatda İslam Respublikası ilə Rusiya arasında Uykraynaya qarşı müharibədə əməkdaşlığın daha bir hissəsi açıqlanıb. Araşdırma fondunun dərc etdiyi hesabata görə, Ukrayna ilə müharibədə İranın hərbi dəstəyi qarşılığında Rusiya Tehrana qabaqcıl Qərb silahlarını, o cümlədən müharibədə ələ keçirdiyi “Javelin” tank əleyhinə raketləri və “Stinger” zenit sistemlərini göndərir.

Bu müharibə qənimətləri İran üçün strateji əhəmiyyət kəsb edir. Bundan əlavə, molla rejiminin bu cür sistemləri əldə etməsi, ona bağlı qüvvələrin, məsələn SEPAH-ın təlim keçdiyi və silahlarla təhciz etdiyi Livan Hizbullahının texniki bacarıqlarını gücləndirəcək./Azad Iran

Həmçinin yoxlayın

Azərbaycanlı müəllimə həbs cəzası verildi

GADTB: Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan təqüdə çıxmış müəllim və Müəllimlər Birliyinin üzvü …

8 Noyabr – Azərbaycanda Zəfər Günü münasibəti ilə GADTB-nin təbrik mesajı

GADTB: 8 Noyabr – Azərbaycanın Zəfər Günüdür. Bu təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, bütün …