Rusiya Qarabağda ermənilər üçün yardım daşıyır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya sülhməramlıları keçmiş Əsgəran rayonuna humanitar yardım çatdırıblar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Adyal, çarpayı, yataq dəsti, qaz plitəsi və digər məişət əşyalarından ibarət olan humanitar yardım hazırda Xocalı rayonunun inzibati ərazisinə daxil olan Pircamal kəndində məskunlaşdırılan 15 çoxuşaqlı ailəyə və bura yerləşdirilən “erməni qaçqınlara” verilib.

Həmçinin, onlara tibbi xidmət də göstərildiyi vurğulanıb.

Ötən həftə isə Rusiya sülhməramlıları yalnız Xankəndidə bir ton humanitar yardım paylayıb.

Xatırladaq ki, Pircamal 1992-ci ildə işğal olunub. Hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasındadır.

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …