Rusiya səfirliyi qarşısında “Rus rədd ol!”, “Xankəndi Azərbaycandır!” şüarı ilə etiraz aksiyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında bir qrup insan “Rus rədd ol!” şüarı ilə etiraz aksiyası keçirib.

Aksiyada onlarla vətəndaş iştirak edib.

Aksiya zamanı Rusiyanın Qarabağda erməni separatçılarına açıq dəstək olmasına və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qarşı istifadə olunmuş “İsgəndər” raketlərindən istifadə edilməsi faktına etiraz bildirilib.

Bundan əlavə, etirazçılar “Bu Vətən bizimdir, bizim olacaq”, “Xankəndi Azərbaycandır!”, “Xocalı Azərbaycandır!” kimi şüarlar səsləndiriblər.

Aksiyanın sonunda etiraz bəyanatı səsləndirilib.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …