GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev iddia edib ki, Moskva 5-ci nəsil türk qırıcı təyyarəsinin yaradılması ilə bağlı Ankara ilə danışıqlar aparır.
“Rusiya 5-ci nəsil qırıcının yaradılması məsələsində Türkiyəyə yardım göstərməyə hazır olduğunu dəfələrlə bildirib. Sözügedən layihə ilə bağlı hələlik danışıqlar mərhələsindəyik”, – Şuqayev bildirib.