Çərşənbə , İyul 9 2025
azfa

Rusiya Zəngəzura yeni hərbi qüvvə yeridir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tarixi Azərbaycan ərazisi olan və Sovet dövründə rusların ermənilərə verdiyi Zəngəzura Rusiya yeni hərbi qüvvələr yerləşdirir.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bununla bağlı bildirib ki, Rusiyanın Sərhəd Qoşunları Zəngəzurda mövcudluğunu artırıb.

Onun sözlərinə görə, sərhəd qoşunlarının yeni kontingentinin bölgəyə gətirilməsi, Azərbaycan və Ermənistan sərhədindəki situasiya ilə əlaqədardır. O, Ermənistandakı Rusiya hərbçilərinin artan yüklə xidmət etdiyini vurğulayıb.

Qeyd edək ki, bundan öncə Ermənistan hökuməti Qafan, Mehri və Texdə Rusiyaya pulsuz əsasda torpaq sahələrin verilməsi barədə qərar qəbul edib.

Həmçinin yoxlayın

PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq

GADTB: İyul ayının 11-də PKK terror təşkilatı İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verəcək. Bu barədə …

Azərbaycanlı körpə Hayal adına görə 68 gündür doğum haqqında şəhadətnamədən məhrumdur

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi “Hayal” adlı azərbaycanlı körpəyə doğum haqqında …