Rusiyanın Ermənistanı hərbi cəhətdən gücləndirməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan və Rusiya 102-ci bazanın imkanının genişləndirilməsini, özəlliklə, Sünikdə bazanın dayaq məntəqəsinin yaradılmasını müzakirə edir.

Bunu Ermənistan parlamentinda çıxışı zamanı Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Rusiya ilə hərbi ittifaq ölkənin təhlükəsizliyinin təmin edilməsində açar rolunu oynayır.

O, təhlükəsizliyin təmini işində Ermənistan-Rusiya vahid birləşmiş qoşunlarının və hava hücumundan müdafiə vahid sisteminin fəaliyyətinin vacib praktiki əhəmiyyət daşıdığı bildirib.

Həmçinin Rusiya MDB ölkələrinin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində Ermənistanı pilotsuz uçan aparatlarla mübarizə vasitələri ilə gücləndiriləcək.

Bunu Rusiya HHM qüvvələrinin komandanı general-leytenant Yuri Qrexov deyib.

O, MDB-nin hava hücumundan müdafiə birləşmiş sisteminin inkişafı çərçivəsində normativ-hüquqi bazanın gələcəkdə işlənməsinin, eləcə də bu sahədə kadr hazırlığının həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Qrexov birləşmiş sistemdəki qüvvələrin növbəti məşqinin 2022-ci ildə keçiriləcəyini deyib.

Qeyd edək ki, MDB ölkələrinin hava hücumunda müdafiə birləşmiş sisteminə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan (KTMT üzvləri) və Özbəkistan daxildir.

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …