Şənbə , İyul 18 2026
azfa

Rusiyanın Ukraynaya hərbi təcavüzü başladı- Video

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyan ordusu Ukrayna ərazisinə hərbi təcavüzə başladı.

Rusiyanın Müdafiə Nazirliyi bu dəqiqlərdə bəyan edib ki, səhər saatlarından etibarən endirilən raket zərbələri nəticəsində Ukraynanın hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb. Nazirlik habelə bu ölkənin aviasiya bazalarının hərbi infrastrukturunun da sıradan çıxarıldığını bildirir. “Rusiya silahlı qüvvələri Ukraynanın şəhərlərinə raket, aviasiya və ya artilleriya zərbələri endirmir, mülki əhali üçün heç bir təhdid yoxdur”,-məlumatda bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı isə bildirir ki, ölkənin şərqində Rusiya Hava Kosmik Qüvvələrinin beş təyyarəsi və vertolyotu vurulub. Quru Qoşunlarının komandanlığı dəqiqləşdirib ki, uçan aparatlar Luqansk vilayətində sıradan çıxarılıb.

Ukrayna ordusu Ukraynanın şərqində Rusiyaya məxsus döyüş təyyarəsini vurduğunu bildirib.

Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhərində hərbi aerodromun vurulduğu iddia edilir. Ukraynanın teleqram kanallarında aerodromun yanmasını əks etdirən kadrlar yayılıb.

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi milli fəallar barədə ailələrinə məlumat vermir

GADTB: bir müddət öncə Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən azərbaycanlı milli fəallar Siyamək …

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …