Şənbə , Noyabr 14 2026
azfa

Ruslar da Rusiyanın dağılacağına inanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rusiyalı müxalifət lideri, sosioloq, Dövlət Dumasının keçmiş deputatı İqor Yakovenko deyib ki, Rusiya Federasiyasının dağılması bu və ya digər dərəcədə qaçılmazdır.

O qeyd edib ki, çox güclü mərkəzdənqaçma tendensiyaları var ki, onlar indi görünmür və hiss olunmur, çünki zorla yatırılır:

“Əgər dövlət yox olarsa, o zaman mərkəzdənqaçma hərəkatları üstünlük təşkil etməyə başlayacaq və Rusiya kart evi kimi dağılacaq. Və təkcə ayrılma potensialının kifayət qədər güclü olduğu milli respublikalarda (Tatarıstan, Tıva, Yakutiya, Şimali Qafqaz respublikaları) deyil, həm də Rusiyanın Uzaq Şərq, Ural, Sibir, Kamçatka kimi regionlarında və s. bu tendensiya qalib gələcək”.

Yakovenkonun sözlərinə görə, Rusiyada növbəti iğtişaşlar baş verəcək, imperialist müharibə əmlakın və ərazilərin yenidən bölüşdürülməsi üçün mafioz klanların müharibəsinə çevriləcək.

Həmçinin yoxlayın

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …