Bazar ertəsi , May 19 2025
azfa

Rüşvət aldığına görə Təbrizdə tutulan müstəntiq vəkillik lisenziyasını almaqdadır

GADTB: Təbrizdə rüşvət aldığı və korrupsiya bandası yaratdığı üçün Kəşfiyyat İdarəsi tərəfindən həbs edilən Təbriz İstintaq İdarəsinin 15-ci şöbəsinin keçmiş rəisi Seyidəli Musəvi Əqdəm Şərqi Azərbaycanda Vəkillər Kollegiyasından vəkillik lisenziyası almaqdadır.

Tanınmış azərbaycanlı hüquqşünas Sina Yusifi özünün sosial media hesabında bu barədə məlumat paylaşıb.

Yusifi yazıb: “Ədliyyə məmurlarının insan haqlarını pozan bu şəxsin törətdiyi cinayətləri ört-basdır etməkləri və araşdırmamaqları azmış, indi də ona vəkillik lisenziyası verməyə hazırlaşırlar.”

Qeyd edək ki, Seyidəli Musəvi Əqdəm prokurorluqda işlədiyi müddətdə və İstintaq İdarəsinin 15-ci bölməsinin rəisi vəzifəsində çalışarkən siyasi fəalları qanunsuz və əsassız səbəblərdən həbs etməklə vətəndaşların qanuni hüquqlarını pozub.

O, hakimlik vəzifəsini yerinə yetirmək əvəzinə, daim təhlükəsizlik qurumlarının əmrlərinə tabe olub, məhkəmə işlərinin taleyini müəyyən etmək üçün bu qurumlardan göstərişlər alıb.

Həmçinin yoxlayın

Şirazda Qaşqay türkləri “Traxtur” komandasının qələbəsi ilə bağlı möhtəşəm şənlik qeyd ediblər

GADTB: Molla rejimin məmurlarının Şirazın Çəmran bulvarında şənlik mərasimi keçirilməsinə mane olmasına baxmayaraq, Qaşqaylar şənlik …

ABŞ dövlət katibi: “İranın nüvə silahı və ya İsraili təhdid etmək imkanı olmamalıdır”

GADTB: Dünən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqtonun İranla bağlı siyasətinin son məqsədi …