Cümə , Oktyabr 16 2026
azfa

Rza Pəhləvi 21 Azərdə Güney Azərbaycanı qətliamla işğal etməkləri münasibəti ilə təbrik mesajı yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin keçmiş şahı Məhmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi 12 dekabr, “21 Azər” Cənubi Azərbaycan Milli Hökumətinin yarandığından bir il sonra soyqırımla işğal edilməsi münasibəti ilə bağlı təbrik mesajı yayıb.

O, bu barədə özünün sosial media hesabında yazıb.

“Azərbaycanın qurtuluşunun (soyqırımla işğal edilməsini nəzərdə tutur) ildönümündə İran xalqına, xüsusən başıuca Azərbaycan xalqına təbrik deyirəm. Bu tarixi gündə İran ordusu Azərbaycan xalqı ilə çiyin-çiyinə İranın ərazi bütövlüyünün qorunması və Stalinin fitnələrinin qarşısının alınmasında birgə mübarizə apardılar”, – Pəhləvi əlavə edib.

Qeyd edək ki, 12 dekabr 1945-ci ildə qurulan Cənubi Azərbaycan Milli Hökuməti 12 dekabr 1946-cı ildə İranın ingilis ordusu ilə hücumu nəticəsində süquta uğrayıb. Bu hücumda 30 mindən çox azərbaycanlı həlak olub, yüz minlərlə soydaşımız isə ölkədən mühacirət edib.

Pəhləvilər və onun hazırkı davamçıları Milli Hökumətin süqutu gününü “Azərbaycanın qurtuluş günü” kimi qeyd edirlər.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …