Bazar , Sentyabr 19 2021
azfa

Rza Şəhrivər və Məhəmməd Kazimi Təbrizdə etirazlarla bağlı yaxalanıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda iyulun 24-də keçirilən etirazlarda yaxalanan daha iki nəfər azərbaycanlı fəalın kimliyi məlum oldu.

Azərbaycanlı fəallar Rza Şəhrivər və Məhəmməd Kaziminin həbsi barədə yaxınları məlumat veriblər.

Hər iki fəal iyulun 25-də, Təbrizdə keçirilən etirazların sabahısı günü rejimin təhlükəsizlik məmurlarının onların evlərinə basqını nəticəsində yaxalanıblar.

Azərbaycanlı fəalların harada saxlanıldıqları və ittihamları barədə ailələrinə heç bir məlumat verilməyib.

Qeyd edək ki, iyulun 24-də Təbrizdə keçirilən etiraz aksiyalarında 20 nəfərdən çox dinc azərbaycanlı etirazçı yaxalanıb.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarının yaxaladığı azərbaycanlı milli-mədəni fəallar …

Rus gəmilərin Bakıda “Mehtər” marşı ilə qarşılanması…

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Xəzər donanmasının iki hərbi gəmisi – “Astraxan” …