Sərhəddə strateji ərazi Azərbaycanın nəzarətinə keçir

GADTB: Ermənistanın Gürcüstanla dövlətlərarası yolunun Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndindən keçən hissəsi bu gündən işləməyəcək. Bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Ermənistanın yol polisləri avtomobillərə Açarkut kəndindən yeni yolun tikildiyini və oradan istifadə etməli olduqlarını bildirir.

Kənddə Azərbaycanla sərhəd divarı çəkilən ərzidə qazıntı işlərinin aparıldığı deyilir. Ehtimal olunur ki, həmin ərazidə sərhədboyu tikanlı məftillər çəkiləcək.

Xatırladaq ki, artıq bir neçə gündür dövlətlərarası yolun Azərbaycanın nəzarətinə keçəcəyinə dair məlumatlar yayılırdı. Ermənistan sərhəd xidmətinin bu istiqamətdə yekun işlər gördüyü bildirilirdi. Tavuş bölgəsindən başlayan demarkasiya prosesi nəticəsində Kirants kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Sərhəd xətti kəndi iki hissəyə ayırıb.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …