Bazar ertəsi , İyul 22 2024
azfa

Şərqi Azərbaycan valisi də Məhəmməd Füzuliyə hörmətsizliyə etiraz edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan vilayətinin valisi irqçi fars rejimin dövlət telekanalında Azərbaycan şairi Məhəmməd Füzuliyə (1494 – 1556) hörmətsizlik edilməsinə etiraz bildirib.

Vali Məhəmmədrza Purməhəmmədi mövzu ilə bağlı İranın Radio və Televiziya Təşkilatının sədrinə ünvanladığı və dövlət agentliyi İRNA-da yayımlanan açıq məktubda bunları yazıb:

“Yəqin xəbəriniz var ki, bir teledərs proqramında böyük və məşhur şair Molla Məhəmməd Füzuliyə hörmətsizlik edilib. O söz ustadı ki, fəsahət və bəlağətin zirvəsində olan türkcə şeirləri mistik və islami məzmunlarla doludur… Azərbaycan əhalisi adına sizdən tələb edirəm ki, ölkənin fərqli etnik icmaları çirkin şəkildə hədəf olan bu qərəzli və ya cahil insanlara qarşı sərt ölçülər götürülsün və nəticə şəhidlər yurdu Azərbaycan əhalisinə və ölkənin türklərinə bildirin!”

Qeyd edək ki, şənbə günü aprelin 24-də İran televiziyasının teledərs layihəsində tədris edən bir müəllim Füzulini başqa bir şairin “farsca şeirlərini türkcəyə tərcümə edən bir füzul (boşboğaz)” adlandırması İran Azərbaycanı və türklərin yaşadığı digər bölgəkərdə etirazlara səbəb oldu.

Təpkilərdən sonra İran televiziyasının 4-cü kanalının ictimaiyyətlə əlaqələr şöbəsi “baş verən xəta ilə əlaqədar üzr istədiklərini və xətakar müəllimin işinə son verildiyini” açıqlayıb.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …