Şərqi Azərbaycanın maliyyə resurslarının 90%-i Tehranda cəmləşib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətinin Millət Vəkilləri Birliyinin ыэвкш Əlirza Novin уешкфа увэкэл deyib лш, еəəssüflə Şərqi Azərbaycan əyalətinin bank resurslarının gəlirləri və pullarının 90%-i Tehranda cəmləşib.

Təbrizin İran parlamentindəki millət vəkili0 bu problemin həlli üçün Şərqi Azərbaycan İnkişaf bankının təsis edilməsinə çalışdıqlarını söyləyib.

Novin bankın yaradılmasının Şərqi Azərbaycanın özünü təmin məsələsində əhəmiyyətli rol ynayacağı üçün, millət vəkllərinin bunun reallaşması üçün səy göstərdiklərini bildirib.

Qeyd edək ki, bundan əvvəl Təbriz Ticarət Palatasının sədri Yunes Jailə Şərqi Azərbaycanda özəl bankların açılamasına icazə verilmədiyini bildirmişdi.

O demişdi: “Şərqi Azərbaycan əyaləti yüksək potensialına, özəl sektorun investisiyalar sahəsindəki geniş imkanlarına baxmayaraq, maliyyə vəsaitlərinin ayrılmasında minimum paya malikdir”.

O, bankların resurslarının 70%-nin Tehran tərəfindən istifadə edildiyini söyləyib.

Jailə, “milli maraqlar”a uyğun olmamaq bəhanəsi ilə 2022-ci ildə İran rəsmilərinin Şərqi Azərbaycan əyalətində özəl bankın yaradılmasının qarşısını aldığını söyləyib.

Həmçinin yoxlayın

İsrail ordusu İrana mümkün hücuma hazırlaşır

GADTB: İsrailin Milli Xəbərlər nəşri ordunun İrana qarşı mümkün hücum ssenarilərinə aylarla əvvəlcədən hazırlaşdığını bildirib. …

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək

GADTB: Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə …