Çərşənbə , Sentyabr 16 2026
azfa

Səhər saatlarında İsrailin Tehrana və bir neçə şəhərə hava hücumları güclənib

GADTB: İsrael tərəfindən İran ərazisində yeni hava hücumlarının həyata keçirildiyi barədə məlumatlar yayılıb. Hücumların əsasən paytaxt Tehran, eləcə də Karac və İslamşəhr şəhərlərinin bəzi hissələrini hədəf aldığı bildirilir.

Məlumatlara görə, hücumların böyük hissəsi İran vaxtı ilə səhər saat 05:00 radələrində baş verib və bəzi mənbələr partlayışların “çox güclü” olduğunu qeyd ediblər.

İran daxilində fəaliyyət göstərən bəzi media qurumları da paytaxtın 13 və 14-cü rayonlarında güclü partlayışların baş verdiyini xəbər veriblər. Bildirilir ki, bəzi partlayışların gücü ətrafdakı yaşayış evlərini belə sarsıdıb.

Eyni zamanda, Təbriz şəhərində də gecə boyunca bir neçə partlayış səsinin eşidildiyi bildirilir. Lakin hazırda partlayışların dəqiq yeri və mümkün nəticələri barədə rəsmi və dəqiq məlumat açıqlanmayıb.

İranda Qüds günü mitinqinin başlaması ilə isə xüsusilə Tehrana etirazların gücləndiyi bildirilir.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …